Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub

Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında sonuncu oyununda da məğlub olub.
Komanda
14 fevral 2025 08:36
Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da məğlub olub.

"Report"un məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Hazırda hesab Danimarka komandasının xeyrinədir - 3:1. Sonuncu set nəticəyə təsir etməyəcək.

Qeyd edək ki, yığma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi