Yasamal rayonunda 11 küçə əsaslı şəkildə təmir edilib

Yasamal rayonunda 11 küçə əsaslı şəkildə təmir edilib Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu ərazisində küçələrin əsaslı təmiri istiqamətində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, işlər əsasən uzun müddət ə
İnfrastruktur
14 Sentyabr , 2021 13:31
Yasamal rayonunda 11 küçə əsaslı şəkildə təmir edilib

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu ərazisində küçələrin əsaslı təmiri istiqamətində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan küçələrdə aparılır.

Bu barədə "Report" AAYDA-ya istinadən xəbər verir.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

Proqrama uyğun olaraq rayonun Əsəd Əhmədov küçəsi 308 saylı tam orta məktəb yolu, Zülfü Adıgözəlov, İbrahim Əbilov, 7-ci Sallaxana, Məhəmməd Xiyabani 211-204, General Həmidov, Süleyman Tağızadə, İsmayıl Talıblı 34 küçələrində və Məhsul stadionundan Talıblı küçəsi 32-ə qədər olan hissədə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlər tam yerinə yetirilib.

Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılıb.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində növbəti ilin investisiya proqramı çərçivəsində Yasamal rayonu ərazisində təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi