Yaponiya hökuməti Qobustanın iki kəndinin su təchizatının yaxşılaşdırılmasına qrant ayırıb

Yaponiya hökuməti Qobustanın iki kəndinin su təchizatının yaxşılaşdırılmasına qrant ayırıb Fevralın 15-də Yaponiyanın Azərbaycandakı səfiri Vada və benefisiar təşkilat qismində çıxış edən Qobustan Rayonu Qurbançı Bələdiyyəsi arasında “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb
İnfrastruktur
16 Fevral , 2023 11:53
Yaponiya hökuməti Qobustanın iki kəndinin su təchizatının yaxşılaşdırılmasına qrant ayırıb

Fevralın 15-də Yaponiyanın Azərbaycandakı səfiri Vada və benefisiar təşkilat qismində çıxış edən Qobustan Rayonu Qurbançı Bələdiyyəsi arasında “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

Bu barədə "Report"a Yaponiyanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi Qobustan rayonunun Qurbançı və Ərəbşahverdi kəndlərində su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (6,600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sisteminin inşa edilməsi, mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsidir.

Layihənin icrası üçün Yaponiya hökuməti 90 000 ABŞ dolları qrant ayırıb.

Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı" çərçivəsində bu günə qədər 284 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi dəyəri 23,89 milyon ABŞ dollarından çox olub.

Son xəbərlər

Orphus sistemi