Xudayar Həsənli: “Bakı Limanının II faza üzrə Baş planı hazır olmaq üzrədir”

Xudayar Həsənli: “Bakı Limanının II faza üzrə Baş planı hazır olmaq üzrədir” Bakı Beynəlxalq Dəniz Ticarət Limanının II fazasının tikintisi üzrə Baş planın hazırlanması son mərhələdədir.
İnfrastruktur
8 avqust 2023 10:58
 Xudayar Həsənli: “Bakı Limanının II faza üzrə Baş planı hazır olmaq üzrədir”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının II fazasının tikintisi üzrə Baş planın hazırlanması son mərhələdədir.

“Report” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda Dəyirmi masada bildirib.

Bundan başqa, onun sözlərinə görə, limanın ərazisində inşa olunan, ildə 2,5 milyon tona qədər yükaşırma gücünə malik olacaq mineral gübrə terminalının bu il istifadəyə verilməsi nəzərdə tutulur: "Yeni terminal Özbəkistan və Türkmənistandan daha çox yük cəlb edib, onları Avropaya daşımağa imkan verəcək. Bildiyiniz kimi, biz limanın ötürmə qabiliyyətini artırmğı planlaşdırırıq. II mərhələ başa çatdıqdan sonra buradan ildə 25 milyon ton yük və 500 min TEU konteyner ötürmək mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi