Xınalıqda qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb

Xınalıqda qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb ​​​​​​​2020-ci ildən etibarən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb
İnfrastruktur
9 Oktyabr , 2024 15:47
Xınalıqda qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb

2020-ci ildən etibarən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə "Xınalıq UNESCO-da 1 il" mövzusunda mediaturda deyib.

Onun sözlərinə görə, 41 evin isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib: “Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır. Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə edir".

K. Quluzadə bildirib ki, işlərin aparılmasında əsas çətinliyin Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verir.

O qeyd edib ki, mövcud mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi