"Türyançay" Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq

"Türyançay" Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Türyançay" Sol Sahil kanalının bərpasını bu ilin sonuna qədər yekunlaşdıracaq.
İnfrastruktur
1 Oktyabr , 2024 10:23
Türyançay Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Türyançay" Sol Sahil kanalının bərpasını bu ilin sonuna qədər yekunlaşdıracaq.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda suvarma kanalının yenidən qurulmasının I mərhələsidir. Bərpa işlərinə ötən il başlanılıb. Artıq kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Ümumi uzunluğu 11,5 km olan kanal üzərində sudü­şürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.

Mənbəyini "Türyançay"dan götürən kanalın yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11 335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi