Orta Dəhliz çərçivəsində Bakıdan keçən yüklər Türkiyənin Ənbərli limanına daşına bilər

Orta Dəhliz çərçivəsində Bakıdan keçən yüklər Türkiyənin Ənbərli limanına daşına bilər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (həmçinin Orta Dəhliz adlandırılır) Bakıdan keçən yüklərin Türkiyənin Ənbərli limanına daşınması planlaşdırılır.
İnfrastruktur
2 İyun , 2022 12:06
Orta  Dəhliz çərçivəsində Bakıdan keçən yüklər Türkiyənin Ənbərli limanına daşına bilər

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (həmçinin Orta Dəhliz adlandırılır) Bakıdan keçən yüklərin Türkiyənin Ənbərli limanına daşınması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Trans-Xəzər -Beynəlxalq-Tranzit Marşutu Assosiasiyanın Baş katibi Qaydar Abdikərimov deyib.

"Ənbərli limanı Türkiyənin Avropa hissəsində yerləşir. Burdan biz yükləri rahat şəkildə Rotterdama, Hamburqa çatdıra bilərik", - deyə o, qeyd edib.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi