Şimali Qafqazla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Şimali Qafqazla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub Sahibkarları əməkdaşlığın genişləndirilməsində fəal olmağa çağırıb
İnfrastruktur
23 Aprel , 2021 17:13
Şimali Qafqazla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Rusiyanın Şimali Qafqaz Federal Dairəsi ilə tikinti və infrastruktur sahəsində regional əməkdaşlığın genişləndirilməsi üçün videokonfrans keçirilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

Məlumata görə, tədbirdə Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev Rusiya müəssisələrinin Azərbaycan bazarına çıxışının dəstəklənməsi, biznes dairələri arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində Mərkəzin gördüyü işlər barədə danışıb, sahibkarları əməkdaşlığın genişləndirilməsində fəal olmağa çağırıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev videokonfrans iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyəti, ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Rusiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib.

“Roseksimbank”ın rəhbəri Azər Talıbov qeyri-neft sektorunun müxtəlif sahələrində birgə layihələr portfelinin şaxələndirilməsi istiqamətində dəstək tədbirləri barədə fikirlərini bölüşüb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi