Ümumi uzunluğu 12 kilometr olan Şərur rayonunun Tənənəm kənd avtomobil yolunda müvafiq mühəndis-texniki işlər tam başa çatırılıb, yola ikiqat asfalt verilib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Əli İbrahimbəyli “Report”un yerli bürosuna bildirib ki, avtomobil yolunda bir körpü təmir olunub, 3 281 metr uzunluğunda beton su kanalı çəkilib, 1 133 metr uzunluğunda metal boru su keçidləri quraşdırılıb, həmçinin bir beton su keçidi də inşa edilib.
Həmçinin yolda boya və xətlənmə işləri aparılıb. Həmçinin təhlükəsiz hərəkəti təmin etmək üçün avtomobil yoluna yeni yol nişanları salınıb.
Şərur rayonunun mərkəzindən 24 kilometr uzaqlıqda yerləşən Tənənəm kəndinin sakinləri əsasən təsərrüfatla məşğul olurlar. Bu mənada yeni salınan yol kəndə və ətraf bölgələrə nəqliyyatın daha rahat və təhlükəsiz axınını təmin edir, ərazinin iqtisadi inkişafına öz müsbət təsirini göstərir.