“Azərbaycanla İranın imzalayacağı, qonşu ölkənin ərazisindən istifadə etməklə Şərqi Zəngəzur və Naxçıvan arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.
“Regionda yaranmış yeni reallıqlar fonunda yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək”, – deyə o əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, hazırda Azərbaycanda 2 050 İran şirkəti uğurla fəaliyyət göstərir: "Bu şirkətlər kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahələrindədir".