Rusiya aviaşirkəti Saratovdan Bakıya uçuşlara başlayır

İnfrastruktur
  • 15 iyun, 2023
  • 05:34
Rusiya aviaşirkəti Saratovdan Bakıya uçuşlara başlayır

Rusiyanın “İrAero” şirkəti Saratovdan Bakıya uçuşlara start verir.

“Report” aviaşirkətə istinadən xəbər verir ki, aviareyslər iyulun 4-dən həyata keçiriləcək.

Uçuşlar “Superjet” markalı sərnişin təyyarələri həftədə bir dəfə - çərşənbə axşamı günləri yerinə yetiriləcək.