Rövşən Rüstəmov: "Yalama" dəmiryolu stansiyasında qatarların sayının artırılması potensialı var"

Rövşən Rüstəmov: "Yalama" dəmiryolu stansiyasında qatarların sayının artırılması potensialı var" "Yalama" dəmiryolu stansiyasında yüklərin hərəkətinə şərait yaradan əlavə işlərin (işıqlandırma, hərəkətin təhlükəsizliyinin təmin edilməsi) həyata keçirilməsi ilə əlaqədar qatarların sayının artırılması üçün potensial var.
İnfrastruktur
22 Noyabr , 2022 17:52
Rövşən Rüstəmov: Yalama dəmiryolu stansiyasında qatarların sayının artırılması potensialı var

"Yalama" dəmiryolu stansiyasında yüklərin hərəkətinə şərait yaradan əlavə işlərin (işıqlandırma, hərəkətin təhlükəsizliyinin təmin edilməsi) həyata keçirilməsi ilə əlaqədar qatarların sayının artırılması üçün potensial var.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov news.ru nəşrinə müsahibəsində deyib.

R.Rüstəmov bildirib ki, Azərbaycanın bir çox dövlət strukturları bu istiqamətdə iş aparır.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan dəmir yolu xətləri arasında birləşmə Yalama stansiyasında həyata keçirilir: “İkitərəfli razılaşmaya əsasən, iki istiqamətdə yük dövriyyəmiz gündə 20 qatara, yəni hər istiqamətdə 10 qatara çatır. Bundan əlavə, müstəsna hallarda bu rəqəmin birtərəfli 12-yə çatdırılması ilə bağlı razılaşmamız var. Ancaq bu da maksimal hədd deyil.

Rusiya istiqamətində əsas çətinlik ondan ibarətdir ki, Biləcəri-Yalama dəmir yolunun hissəsi yenidən qurulur, rekonstruksiya edilir və biz ondan tam istifadə edə bilmirik. Biz bütün işləri tez bir zamanda başa çatdırmağa çalışırıq, çünki bu seqmentin tam istismara verilməsi yolun ötürücülüyünü iki dəfə artıracaq”.

Qeyd edək ki, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Layihə Dünya Bankı və Fransa İnkişaf Agentliyinin kreditləri, eləcə də Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Fransa İnkişaf Agentliyi Biləcəri-Yalama dəmir yolunun tikintisi layihəsi üçün Azərbaycana 112,5 milyon avro məbləğində kredit ayırıb.

Son xəbərlər

Orphus sistemi