Rafiq Aslanov : "Suvarılan sahədə əkin aparılan zaman heç bir problem yaşanmır"

Rafiq Aslanov : "Suvarılan sahədə əkin aparılan zaman heç bir problem yaşanmır" Ötən illə müqayisədə bu il su anbarlarda daha çox su yığılmışdı.
İnfrastruktur
16 Oktyabr , 2021 10:15
Rafiq Aslanov : Suvarılan sahədə əkin aparılan zaman heç bir problem yaşanmır

"Azərbaycanda ötən illə müqayisədə bu il su anbarlarında 1 milyard kubmetrə yaxın çox su yığılıb".

Bunu "Report"a açıqlamasında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bu il yayda su təminatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Bu, bizə suvarmanı təlabata uyğun həyata keçirməyə imkan verib”, - R.Aslanov bildirib.

Onun sözlərinə görə, Kür çayının mənsəbində Neftçala rayonu boyunca əkin sahəsində problemlər yaşandı, həmin məsələlər müvafiq üsullarla qısa müddətdə aradan qaldırıldı: “Neftçala rayonunun 38 min hektar suvarılan sahəsi tam vegetasiya dövründə suvarma suyu ilə təmin edilib. Problem müəyyən müddətdə yaşandı və aradan qaldırılıb”.

“Kim suvarılan sahədə əkirsə, o zaman heç bir problemlər yaşanmır. Bəziləri isə gedirlər otlaqlarda, örüşlərdə, bələdiyyələrə məxsus torpaqlarda əkirlər, həmin ərazilərdə suvarma şəbəkəsi yoxdur. Həmin şəxslər kollektor suyundan istifadə edirlər, biz onu düzgün hesab etmirik. Amma mövcud suvarılan sahələrdə belə hallar təsadüf edilmir”, - R.Aslanov vurğulayıb.

Xatırladaq ki, bu il təqribən 1 milyon 400 min hektar əkin sahəsi suvarılıb.

Son xəbərlər

Orphus sistemi