Qazaxıstan Azərbaycandan keçməklə Avropaya alternativ neft tranzit marşrutu təklif edir

Qazaxıstan Azərbaycandan keçməklə Avropaya alternativ neft tranzit marşrutu təklif edir Qazaxıstan Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib.
İnfrastruktur
712
9 Mart , 2022 21:52
Qazaxıstan Azərbaycandan keçməklə Avropaya alternativ neft tranzit marşrutu təklif edir

Qazaxıstan Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib.

“Report” “Samruk-Kazyna” ASC-yə istinadən xəbər verir ki, bunu Bakıda Qazaxıstan nümayəndə heyətinə rəhbərlik edən “Samruk-Kazyna” ASC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev bildirib.

Tərəflər mövcud marşrutlara alternativ ola biləcək Azərbaycan ərazisindən neft nəqli sahəsində mühüm əməkdaşlıq potensialını qeyd ediblər.

Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub. Yeni birgə müəssisə tariflərin müəyyən edilməsi və yük bəyannaməsi ilə bağlı məsələləri həll etməyə, vahid İT həlləri tətbiq etməyə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək.

Müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru vəzifəsini icraçısı Ruslan Əlixanovla, SOCAR-ın birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf və digər rəsmi şəxslərlə söhbət zamanı aparılıb.

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb. Görüş zamanı dəhliz üzrə nəqliyyat tariflərinin unifikasiyası, ölkələr ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün gömrük prosedurlarının sinxronlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, regionda baş verən hadisələr və geosiyasi vəziyyət yeni reallıq yaradıb.

Görüşün yekunu olaraq “Samruk-Kazyna” SC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Qazaxıstanın coğrafi xüsusiyyətləri - onların Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real zəmin yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması oldu. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə çatdırılma müddətini 12 günə endirməyə imkan verib.

Görüşün yekunu olaraq “Samruk-Kazyna” ASC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi