Qaşqaçay üzərində yerləşən suötürücü borular bərpa olunub

Qaşqaçay üzərində yerləşən suötürücü borular bərpa olunub İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən, Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.
İnfrastruktur
7 İyun , 2023 15:20
Qaşqaçay üzərində yerləşən suötürücü borular bərpa olunub

İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən, Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində iki kənd arasında avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa edilir.

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi