Qarabağın yenidən qurulması prosesinə xarici mütəxəssislər cəlb olunacaq

Qarabağın yenidən qurulması prosesinə xarici mütəxəssislər cəlb olunacaq "Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq".
İnfrastruktur
18 Dekabr , 2020 10:13
Qarabağın yenidən qurulması prosesinə xarici mütəxəssislər cəlb olunacaq
0 : 00
0 : 00

"Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq".

"Report" xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

"Qarabağın yenidən qurulması zamanı mədəni - tarixi abidələrin özünəməxsusluğu qorunub-saxlanılacaq. Biz həmçinin yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssisləri də cəlb etməyi düşünürük.

İşğaldan azad edilmiş ərazilərin bərpasına müxtəlif yanaşmalar var. Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb. Bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq. Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq tam yenidən qurulacaq", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi