Bakının Pirşağı qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır

Bakının Pirşağı qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
İnfrastruktur
14 Sentyabr , 2021 16:45
Bakının Pirşağı qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır

“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa olunur.

Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu”yun daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də bəzi ünvanların su təminatında çətinliklər olub.

Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya təlabatın artmasını nəzərə alaraq Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə - 110 və 500 mm diametrli, ümumilikdə 2,4 km uzunluğunda magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədaxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq.

Hazırda Abşeron, eləcə də Bakının Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.

Son xəbərlər

Orphus sistemi