Özbəkistanlı iş adamları Azərbaycana investisiya yatırmağa dəvət edilib

Özbəkistanlı iş adamları Azərbaycana investisiya yatırmağa dəvət edilib Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə videokonfrans formatında Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.
İnfrastruktur
27 Yanvar , 2021 17:44
Özbəkistanlı iş adamları Azərbaycana investisiya yatırmağa dəvət edilib

Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə videokonfrans formatında Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Onlayn görüşdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 100-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan və Özbəkistan arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində böyük potensialı vuğulayıb. Nazir müavini bu cür tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini bildirib.

Görüşdə Azərbaycanın investisiya və biznes mühiti barədə də məlumat verilib, Özbəkistan iş adamları ölkəmizdə yaradılmış əlverişli iqtisadi mühitdən yararlanmağa dəvət edilib.

Özbəkistanın İnvestisiya və Xarici Ticarət nazirinin birinci müavini Laziz Kudratov çıxış edərək ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb.

Tədbirdə əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə çıxışlar dinlənilib.

Sonda iş adamları arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi istiqamətində ikitərəfli görüşlər təşkil olunub.

Son xəbərlər

Orphus sistemi