Özbəkistan sahibkarları Bakı limanında anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar

Özbəkistan sahibkarları Bakı limanında anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar Özbəkistan sahibkarları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar.
İnfrastruktur
9 Avqust , 2023 14:39
Özbəkistan sahibkarları Bakı limanında anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar

Özbəkistan sahibkarları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar.

Bunu "Report"a açıqlamasında Özbəkistanın nəqliyyat sahəsində experti Abdusamat Muminov deyib.

Onun sözlərinə görə, onlar mineral gübrə terminalını uzunmüddətli icarəyə götürmək və ya belə bir terminalın yaradılmasına sərmayə qoymaq niyyətindədirlər:

“İndi bu məsələ öyrənilir, texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində iş aparılır. 2022-ci ildə Bakı limanı vasitəsilə Özbəkistanın ixrac-idxal əməliyyatlarının həcmi 904 min ton yük təşkil edib. Bu da 2021-ci illə müqayisədə 65 % çoxdur. Ərzaq yüklərinin, o cümlədən şəkərin, mineral gübrələrin və konteynerlərin daşınma həcmləri nəzərəçarpacaq dərəcədə artıb”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.

Son xəbərlər

Orphus sistemi