Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək"

Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək" "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması iqtisadi artıma və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verəcək.
İnfrastruktur
20 Sentyabr , 2024 11:17
Özbəkistan rəsmisi: Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması iqtisadi artıma və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bunu "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Özbəkistanda nəqliyyat-tranzit potensialının genişləndirilməsi məqsədilə bütün şərait yaradılır. Ölkədə dəmir yollarının inşası və modernləşdirilməsin istiqamətində addımlar atılır. Bundan başqa, Özbəkistanda inteqrasiya edilmiş logistika mərkəzləri yaradılır, bu sahədə hüquqi-normativ bazanın təkmilləşdirməsi ilə bağlı tədbirlər həyata keçirilir", - deyə o qeyd edib.

Qonaq əlavə edib ki, "Özbəkistan Dəmir Yolları" "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasını dəstəkləyir: "Çünki bu, marşrutda iştirak edən ölkələrin dəmiryol administrasiyaları arasında əlaqələri gücləndirəcək".

Son xəbərlər

Orphus sistemi