Özbəkistan nəqliyyat nazirinin müavini “Azərbaycan Dəmir Yolları” QSC-də olub

İnfrastruktur
  • 13 fevral, 2023
  • 15:08
Özbəkistan nəqliyyat nazirinin müavini “Azərbaycan Dəmir Yolları” QSC-də olub

Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Dəmir Yolları” QSC-də olub.

"Report" xəbər verir ki, görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.