Özbəkistan iyulun 18-dən Rusiya ilə avtobus reyslərini bərpa edir

İnfrastruktur
  • 16 iyul, 2022
  • 22:46
Özbəkistan iyulun 18-dən Rusiya ilə avtobus reyslərini bərpa edir

Özbəkistan Rusiya ilə avtobus reyslərini bərpa edir.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qərar iyulun 18-dən qüvvəyə minir. Avtobus reysləri COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.

Məlumata görə, Moskva, Kazan və Sankt-Peterburq şəhərləri ilə müntəzəm avtobus reysləri bərpa olunacaq.