Müharibə vaxtı 11 şəhər və rayonda dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Müharibə vaxtı 11 şəhər və rayonda dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (3), Gəncə və Naf
İnfrastruktur
26 Oktyabr , 2021 11:28
Müharibə vaxtı 11 şəhər və rayonda dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (3), Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (4), Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (5), eləcə də Gəncə şəhərində (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Az-Caspian Construction”, “Real-İnşaat”, “Az Graft Construction”, “Parlaq-N” MMC-lər, “Rabitəinşaat” ASC, “Conco” QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 3 490,3 min manat, 2 950,2 min manat, 3 118,7 min manat, 2 035,1 min manat, 2 113,4 min manat və 1 030,8 min manat, ümumilikdə isə 14 738,5 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi