“Moody's”: Orta Dəhliz və investisiyalar zamanla Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcək

“Moody's”: Orta Dəhliz və investisiyalar zamanla Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcək Orta Dəhlizin Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi əhəmiyyəti və Azərbaycana qoyulan investisiyalar onun iqtisadi perspektivlərinin hərəkətverici qüvvələridir, və bunların ölkənin iqtisadi inkişaf baxımından göstəricilərinə təsiri zamanla
İnfrastruktur
6 İyul , 2024 14:10
“Moody's”: Orta Dəhliz və investisiyalar zamanla Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcək

Orta Dəhlizin Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi əhəmiyyəti və Azərbaycana qoyulan investisiyalar onun iqtisadi perspektivlərinin hərəkətverici qüvvələridir, və bunların ölkənin iqtisadi inkişaf baxımından göstəricilərinə təsiri zamanla nəzərə çarpacaq dərəcədə olacaq.

“Report” xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.

“Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi ilə bağlı fəallığın artması nəqliyyat və logistika sektorunda dayanıqlı göstəricilərin əsasını təşkil edir. Onun Çin və Avropa İttifaqı (Aİ) arasında ticarət əlaqələri üçün alternativ marşrut kimi artan əhəmiyyətini nəzərə alsaq, bu sektorda gələcək artımın iqtisadiyyatın şaxələndirilməsinə dəstək verəcəyini söyləyə bilərik”, - agentliyin analitikləri hesab edirlər.

Hesabatda qeyd olunub ki, daha böyük və şaxələndirilmiş nəqliyyat-logistika sektorunun iqtisadiyyatda daha çox müsbət xarici təsirləri olacaq və bu da Azərbaycanın dayanıqlığını və kredit profilini gücləndirə bilər:

“İqtisadiyyatın şaxələndirilməsində əlavə irəliləyişlər də zaman keçdikcə daha çox şaxələnmiş dövlət gəlirləri və valyuta gəlirlərinə yayıla bilər”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük daşınıb (2022-ci illə müqayisədə 86 % çox). 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi