MİDA xüsusi müqavilə forması hazırlayıb
- 16 noyabr, 2017
- 11:27
Bakı. 16 noyabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardakı mənzillərin güzəştli ipoteka krediti ilə əldə edilməsi üçün “Azərbaycan İpoteka Fondu” ASC-nin hazırladığı müqavilə forması Agentliklə razılaşdırılıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə MİDA-nın Aparat rəhbəri Anar Quliyev deyib.
Bu gün həm də Agentliyin inşa etdiyi Yasamal Yaşayış Kompleksinin rəsmi saytı təqdim edilib.
Aparat rəhbəri deyib ki, narazılıq yaranmasın deyə mənzillərin hər iki perimetr üzrə ölçüləri verilib: "Mənzilin daxili və xarici perimetrləri üzrə ölçüləri veririk ki, narazılıq olmasın".
Qurum rəsmisi həmçinin ərazidə yeni yol salınacağını və 4 marşrut xəttinin açılacağını deyib: "Hazırda Bakı Nəqliyyat Agentliyi ilə yeni marşrut xətlərinin çəkilməsi ilə bağlı danışıqlar gedir".
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksi 29 binadan ibarət olacaq. Burada ümumilikdə 1 843 mənzil olacaq. Həmin mənzillərin 324-ü bir, 1 052-si iki, 467-si isə üç otaqlıdır.