Məsim Məmmədov: "May ayına qədər Kəlbəcərə 500 ailənin köçürülməsi nəzərdə tutulub"

İnfrastruktur
  • 07 sentyabr, 2023
  • 08:01
Məsim Məmmədov: May ayına qədər Kəlbəcərə 500 ailənin köçürülməsi nəzərdə tutulub

Gələn ilin may ayına qədər Kəlbəcərə 500 ailənin köçürülməsi nəzərdə tutulub.

"Report" xəbər verir, bunu Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasında deyib.

O qeyd edib ki, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən 500 ailənin köçürülməsi üçün tikinti işlərinin təhvil verilməsi nəzərdə tutulur.

44 filmi