Məlahət İbrahimqızı: "Azərbaycanda elektrik qatarı ilə səyahət çox təhlükəsiz və rahatdır"

Məlahət İbrahimqızı: "Azərbaycanda elektrik qatarı ilə səyahət çox təhlükəsiz və rahatdır" Azərbaycanda elektrik qatarları ilə səfər çox təhlükəsiz və rahatdır.
İnfrastruktur
26 Sentyabr , 2024 17:07
Məlahət İbrahimqızı: Azərbaycanda elektrik qatarı ilə səyahət çox təhlükəsiz və rahatdır

Azərbaycanda elektrik qatarı ilə səyahət çox təhlükəsiz və rahatdır.

Bunu "Report"a açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda son illərdə sərnişin qatarları xidmət səviyyəsində yeni mərhələyə qədəm qoyub.

“Bakıda gündəlik olaraq daha çox şəxsi avtomobildən, ölkə daxilində isə daha çox elektrik qatarından istifadə edirəm. Valideynlərim Ağstafada yaşadıqları üçün, mütəmadı olaraq Bakı-Ağstafa-Bakı qatarının sərnişiniyəm. Bakı-Sumqayıt qatarından da istifadə edirəm. Ona görə deyə bilərəm ki, qatarla səyahət çox rahatdır, yüksək standartlara cavab verir. Belə ki, müasir qatarlarda oturacaqlar çox rahat və əlverişlidir. Qatarla uzun yol insanı yormur. Çünki uzun yolu dar məkanda deyil, geniş, təmiz və rahat məkanda keçirmək olur. Qatarla getməyin bir üstünlüyü də xidmət səviyyəsinin yüksək olmasıdır. Bələdçilər hər kəsə xüsusi qayğı və diqqətlə xidmət edirlər. Çox mədəni, alicənab və yüksək keyfiyyətli insanlar seçilir. Qatarlarda müxtəlif siniflər təklif edilir. Ancaq hesab edirəm ki, bütün siniflərdə təklif edilən standartlar eynidir. Sadəcə digər siniflərdə müxtəlif növ yeməklər təqdim edilir”, - deyə o qeyd edib.

M.İbrahimqızı Azərbaycanda dəmir yolu infrastrukturunun Sovet İttifaqı dağılandan sonra tamamilə məhv olduğunu, Prezident İlham Əliyevin sərəncamları ilə bu sahəyə investisiyalar yatırdığını vurğulayıb: "Bu gün həmin investisiyalar bəhrəsini verir. Dəfələrlə Avropa İttifaqı ölkələrində olmuşam, elektrik qatarlarından istifadə etmişəm. Ölkəmizdəki qatarlar Avropadakı alternativlərindən heç də geri qalmır. Hətta deyərdim ki, bir çox ölkələrlə müqayisədə bizdə xidmət səviyyəsi və təhlükəsizlik daha üstündür”.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sentyabrın 24-dən tətbiqinə başladığı loyallıq proqramına toxunan deputat deyib ki, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gediş üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır: "Bu proqram gündəlik Bakı dairəvi dəmir yolu xəttindən istifadə edən şəxslərə fayda verəcək. Noyabrın 1-dən isə səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Bu da sərnişinlər üçün çox əlverişli olacaq. Bununla yanaşı, bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edilib. Bu kimi amillər qatarı digər nəqliyyat növlərindən üstün edir".

Son xəbərlər

Orphus sistemi