Zabrat-Maştağa şosesində kanalizasiya sularının kollektorlara tökülməsi yolun çökməsinə səbəb olur.
Bununla bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Report”a bildirib ki, kanalizasiya sistemi olmayan yerlərdə insanlar "şambo"lardan istfadə edir və ordakı çirkab suları sifarişlə çəkərək “Azərsu”nun kollektoruna tökürlər: “Həmin işləri görən şəxslər buna görə "Azərsu"dan icazə alıb, ödəniş etməlidilər. Lakin bu, qanunsuz şəkildə həyata keçirilir”.
“Azərsu” ASC-nin rəsmisi deyib ki, biz bu kimi hallara qarşı mübarizə aparırıq: “Zabrat-Maştağa yolunun sıradan çıxması ilə bağlı isə heç bir şikayət daxil olmayıb. Lakin ətrafı üfunət iyi bürüyür”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılacaq.