İşğaldan azad edilmiş ərazilərdə tullantılar üçün 9 poliqon olacaq

İşğaldan azad edilmiş ərazilərdə tullantılar üçün 9 poliqon olacaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması çərçivəsində Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzr
İnfrastruktur
16 Noyabr , 2022 18:39
İşğaldan azad edilmiş ərazilərdə tullantılar üçün 9 poliqon olacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması çərçivəsində Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, 2023-2026-cı illərdə bərk məişət tullantılarının idarə edilməsi üzrə uzunmüddətli strategiyanın hazırlanması və strategiyaya uyğun olaraq tullantıların idarə edilməsinin beynəlxalq norma və standartlara uyğun təşkili ilə əlaqədar infrastrukturun yaradılması nəzərdə tutulub.

Bu işləri əsasən “Təmiz Şəhər” ASC icra edəcək. Digər icraçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, Prezidentin Xüsusi Nümayəndəliyidir.

Son xəbərlər

Orphus sistemi