I rübdə subartezian quyuları ilə 183 min hektar əkin sahəsi suvarılıb

I rübdə subartezian quyuları ilə 183 min hektar əkin sahəsi suvarılıb Bu ilin I rübündə Azərbaycanda 182,934 min hektar taxıl, pambıq, yonca, bostan-tərəvəz və s. əkin sahələri subartezian quyuları hesabına müvafiq olaraq arat, səpsuvar və vegetasiya suvarma suyu ilə təmin edilib.
İnfrastruktur
19 İyun , 2023 12:37
I rübdə subartezian quyuları ilə 183 min hektar əkin sahəsi suvarılıb

Bu ilin I rübündə Azərbaycanda 182,934 min hektar taxıl, pambıq, yonca, bostan-tərəvəz və s. əkin sahələri subartezian quyuları hesabına müvafiq olaraq arat, səpsuvar və vegetasiya suvarma suyu ilə təmin edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Məlumata görə, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə hesabat dövründə ölkə üzrə 816 ədəd subartezian quyusu təmir və bərpa edilib.

Xatırladaq ki, Azərbaycanın yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetr qiymətləndirilir ki, bu ehtiyatlar əsasən Samur-Şabran, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl və Naxçıvan ərazilərinin dağətəyi düzənliklərində toplanıb. Yeraltı sulardan istifadə məqsədilə ölkə ərazisində 8 634 ədəd subartezian və 376 ədəd artezian quyusu qazılıb ki, bunlardan 193 ədədi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Ümumilikdə 2 458 ədəd subartezian quyusu suvarma suyu ilə yanaşı əhalinin içməli və kommunal-məişət suyu ilə təminatı məqsədilə də istifadə edilir.

Son xəbərlər

Orphus sistemi