Gürcüstan və Özbəkistan Orta Dəhliz üzrə qarşılıqlı fəaliyyəti müzakirə edib
- 08 iyul, 2025
- 17:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan və Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) potensialının tam açılmasının vacibliyini qeyd edir.
"Report" xəbər verir ki, bu məsələ Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında keçirilən görüşdə müzakirə olunub.
"Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovu Gürcüstan parlamentində qəbul etməkdən məmnunam. İki ölkə arasında, xüsusilə parlament səviyyəsində artan əlaqələri müzakirə etdik. Orta Dəhlizin potensialının reallaşdırılması və Mərkəzi Asiya ilə əlaqələrin yaxşılaşdırılması üçün nəqliyyat sahəsində əməkdaşlığın vacibliyini vurğuladıq. Mədəni və təhsil mübadiləsi vasitəsilə insanlar arasında əlaqələri gücləndirməyə hazır olduğumuzu ifadə etdik", - Ş.Papuaşvili “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.