Gəncədə planın artırılmasına etiraz edən marşrut sürücülərinin fəaliyyəti bərpa edilib

Gəncədə planın artırılmasına etiraz edən marşrut sürücülərinin fəaliyyəti bərpa edilib Gəncə şəhərində 11 nömrəli marşrut xəttində çalışan sürücülər işlərini dayandırıblar.
İnfrastruktur
4 Fevral , 2023 14:21
Gəncədə planın artırılmasına etiraz edən marşrut sürücülərinin fəaliyyəti bərpa edilib

Gəncə şəhərində 11 nömrəli marşrut xəttində çalışan sürücülər işlərini dayandırıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, sürücülər bu addımı onlara qoyulan planın artımına etiraz əlaməti olaraq atıblar.

Bu səbəbdən sərnişinlərin bu marşrutdan istifadə etməsi mümkün olmayıb.

Sürücülər bildirib ki, gediş haqqı qiyməti artırıldıqdan sonra onların çalışdığı şirkət də gündəlik planın qiymətini artırıb. Bu səbəbdən narazı olduqlarını və bu planı əvvəlki kimi ödəmək istədiklərini qeyd ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisədən xəbərdardılar:

"Gəncə şəhərində 11 nömrəli marşrut xəttində sürücülər şirkətdaxili narazılıqla əlaqədar xəttə çıxmaq istəməyiblər.

Sərnişin axınının idarə edilməsi üçün paralel marşrut üzrə hərəkət edən 23 saylı avtobusların sayı artırılıb. Xəttə əlavə 10 avtobus cəlb edilib.

AYNA tərəfindən daşıyıcı və sürücülərlə söhbət aparılıb. Daşıyıcılara belə hallara yol verməmələri barədə xəbərdarlıq edilib. Hazırda 11 nömrəli marşrutun fəaliyyəti tam bərpa edilib".

Son xəbərlər

Orphus sistemi