Britaniya hökuməti satışdan əldə edilən vəsaitin polis əməkdaşlarının tablet kompüterlər, "smart" telefon və onların geyimlərinin üzərinə quraşdırılacaq kameraların alınmasına sərf edəcək. Həmçinin, polis muzeyinin yaradılması planlaşdırılır.
"Abu Dhabi Financial Group" binanı sökərək lüks mənzillər və ofislər tikməyi planlaşdırır. London polisi 1967-ci ildən bu binanı mərkəz olaraq istifadə edib. Məlumata görə, yeni polis binası "New Scotland Yard"dan 800 metr aralı, Temza çayı sahilində daha kiçik bina olacaq. Həmçinin, onlar "New Scotland Yard" yazısını da həmin binaya yapışdıracaqlar.
Yeni qərargaha köçürülmə London polisinə ildə 6 mln. funt sterlinqə qənaət etməyə şərait yaradacaq.