Ağdamda baza infrastrukturunun yaradılması bu ilin sonunadək yekunlaşdırılacaq

Ağdamda baza infrastrukturunun yaradılması bu ilin sonunadək yekunlaşdırılacaq Aqdamda bərpa işləri çərçivəsində baza infrastrukturun yaradılması bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.
İnfrastruktur
22 Aprel , 2022 19:38
Ağdamda baza infrastrukturunun yaradılması bu ilin sonunadək yekunlaşdırılacaq

Ağdamda bərpa işləri çərçivəsində baza infrastrukturunun yaradılması bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov jurnalistlərə bildirib.

“Əsas işlər yekunlaşmaq üzrədir, artıq sosial infrastrukturun tikintisinə başlanılıb. Həm 1 nomrəli məktəbin, həm xəstəxananın, həm yaşayış binasının, sənaye parkının, həm də tarixi-mədəni obyektlərin, imarət komplekslərinin tikintisi, Qiyaslı və Cümə məsçidlərinin restavrasiyasına başlanılıb. Növbəti mərhələdə şəhərin mərkəzi hissəsində bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq ki, bu da artıq bizi həmin Böyük Qayıdış mərhələsinə bir qədər də yaxınlaşdıracaq”, - E.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Aqdamda bərpa işləri digər işğaldan azad edilmiş ərazilərdən ən qabaqdadır: “İlk olaraq Ağdam şəhərinin Baş planı Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. O dövrdən etibarən, 2021-ci il mayin 28-dən etibarən bu proseslər geniş vusət alıb və başlayıb. Hazırda əsas baza infrastrukturunun çəkilişi, bundan əvvəl 1 000 adam tərəfindən təmizləmə işləri çox sürətlə həyata keçirildi və çox çətin də olsa artıq bir neçə dəhliz açılıb. Hazırda o dəhlizlərdən istifadə edərək baza infrastrukturu çəkilməkdədir. Ağdama yolun çəkilişi əslində qrafikə görə gələn il yekunlaşmalıdır, amma biz hesab edirik ki, bu ilin sonunadək yekunlaşa bilər. Bunun üçün əlimizdən gələni edirik”.

E.Hüseynov əlavə edib ki, şəhərə artıq elektrik enerjisi çəkilib, Ağdam-1 və Ağdam-2 yarımstansiyaları, Qarabağ Rəqəmsal İdarəetmə mərkəzi tikilib və “Azərnenerji” tərəfindən istifadədyə verilib: “Hazırda rayona magistral qaz xəttinin və su xəttinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşır. Birinci rübün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il ərzində əsas su anbarı olan Xaçınçay və Ağdamkənd, onlardan çıxan kanalların bərpası ilə bağlı artıq layihələndirmə işləri yekunlaşmaq mərhələsindədir. Bərpa işləri üçün tenderlər elan olunacaq və bu işlərə başlanılacaq”.

Son xəbərlər

Orphus sistemi