“Dayanmağa” gücü qalmayan sınıq-salxaq dayanacaqlar - Qubadan REPORTAJ

“Dayanmağa” gücü qalmayan sınıq-salxaq dayanacaqlar - Qubadan REPORTAJ Quba şəhərində quraşdırılmış ictimai nəqliyyat dayanacaqlarının çox yararsız vəziyyətə düşüb.
İnfrastruktur
25 İyul , 2024 18:47
“Dayanmağa” gücü qalmayan sınıq-salxaq dayanacaqlar - Qubadan REPORTAJ

Quba şəhərində quraşdırılmış ictimai nəqliyyat dayanacaqları çox yararsız vəziyyətə düşüb.

“Report”un Şimal bürosuna müraciət edən şəhər sakinləri vəziyyətdən şikayətləniblər.

Sakinlər bildiriblər ki, Quba şəhərində istifadə olunan dayanacaqlar artıq istismar müddətini çoxdan başa vurduqları üçün onların “dayanmağa” gücü qalmayıb.

Müşahidələr də təsdiqləyir ki, Quba şəhərindəki standartlara uyğun olmayan dayanacaqların qoruyucu şüşəsi və dam örtüyünün olmaması azmış kimi, onlarda antisanitar vəziyyət hökm sürür, divarlarını müxtəlif sözlər “bəzəyir”. Ona görə də sərnişinlər ictimai nəqliyyatı həmin dayanacaqlarda deyil, sadəcə, yol kənarındakı ağacların altında gözləməyə üstünlük verirlər. Sərnişinlər məcburiyyət qarşısında bu vəziyyətə öyrəşsələr də, yeni dayanacaqların istifadəyə verilməsini çox arzu edirlər.

Məsələ ilə bağlı “Report”un yerli bürosuna açıqlama verən Quba şəhər icra nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib ki, artıq şəhərdəki dayanacaqların yeniləri ilə əvəz olunması müzakirə edilib və tezliklə bu prosesə başlanılacaq:

“İndi hər şey tədricən müasirləşdiyi kimi, dayanacaqların da yeni standartlara uyğunlaşdırılması labüddür. Bununla əlaqədar Quba Rayon İcra Hakimiyyətində müzakirə aparılıb. Yəqin ki, yaxın dövrdə çox müasir üslublu, memarlıq baxımından görkəmli dayanacaqlar sakinlərin istifadəsinə veriləcək”.

Son xəbərlər

Orphus sistemi