Cənubi Qafqaz üzərindən Asiya ilə Avropa arasında əlaqənin Orta Dəhliz vasitəsilə genişləndirilməsi üçün memorandum imzalanıb

Cənubi Qafqaz üzərindən Asiya ilə Avropa arasında əlaqənin Orta Dəhliz vasitəsilə genişləndirilməsi üçün memorandum imzalanıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında Cənubi Qafqaz vasitəsilə Asiya ilə Avropa arasında əlaqəni daha da genişləndirilməsi üçün Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu
İnfrastruktur
16 May , 2024 17:32
Cənubi Qafqaz üzərindən Asiya ilə Avropa arasında əlaqənin Orta Dəhliz vasitəsilə genişləndirilməsi üçün memorandum imzalanıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında Cənubi Qafqaz vasitəsilə Asiya ilə Avropa arasında əlaqəni daha da genişləndirilməsi üçün Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün Anlaşma Memorandumu imzalanıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, tərəfdaşlıq Azərbaycan, Ermənistan və Gürcüstanda ticarətin, "yaşıl enerji"nin, yeni sənaye sahələrinə investisiyaların, nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə diqqət yetirəcək.

"Orta Dəhlizin gücləndirilməsi regionda yeni, transformativ iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək", - EBRD qeyd edib.

Memorandum regionda mühüm enerji, nəqliyyat, rəqəmsal və kənd təsərrüfatı infrastrukturunun planlaşdırılması, dizaynı və tikintisini təkmilləşdirməyi hədəfləyir.

Həmçinin memorandumla gömrük, tarif və sərhəd əməliyyatlarının səmərəliliyini artırılması, Orta Dəhlizin inkişafı üçün Cənubi Qafqaz iqtisadiyyatlarına özəl investisiyalarının cəlb edilməsi, eləcə də Avropa və Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqəni inkişaf etdirmək üçün ən yüksək beynəlxalq standartların tətbiqini hədəfləyir.

Digər əməkdaşlıq prioritetləri karbonsuz enerji imkanlarına sərmayələrin genişləndirilməsinə və korrupsiya ilə mübarizə və vətəndaş cəmiyyəti ilə əlaqəni genişləndirmək üçün siyasət və idarəetmə islahatlarının təkmilləşdirilməsinə yönəldilib.

Anlaşma Memorandumunu EBRD-nin Bank işi üzrə vitse-prezidenti Matteo Patrone və USAID-in Avropa və Avrasiya Bürosunda Administrator köməkçisi Erin Elizabeth Makki tərəfindən imzalanıb.

Son xəbərlər

Orphus sistemi