Cavid Qurbanov: "Dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsinə başlanılıb"

Cavid Qurbanov: "Dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsinə başlanılıb" “McKinsey&Company” ilə imzalanmış müqaviləyə əsasən icra edilən layihə ilə əlaqədar videokonfrans keçirilib
İnfrastruktur
6 Mart , 2021 16:09
Cavid Qurbanov: Dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədi ilə dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə imzalanmış müqaviləyə əsasən icra edilən layihə ilə əlaqədar videokonfrans keçirilib.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu sahəsinə diqqətin artırılması və aparılan islahatlar nəticəsində Cəmiyyətin maliyyə öhdəliyi optimallaşdırılıb, dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsi istiqamətində işlərə başlanılıb və əməliyyat səmərəliliyi inkişaf etdirilməkdədir.

O, həmçinin ölkənin iri dövlət qurumlarında korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılmış addımları vurğulayaraq, dəmir yolu sektorunun inkişaf etdirilməsində birgə səylərin vacibliyini deyib.

Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad olunması nəticəsində Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması regional nəqliyyat axınlarına təsir imkanlarını genişləndirəcək və nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Videokonfransda məsləhətçi şirkətin nümayəndələri layihənin gedişatı barədə təqdimat edib. Dəmir yolu sektoru üzrə beynəlxalq ekspertlər tərəfindən bu sahədəki ən uğurlu təcrübə nümunələri təqdim olunub və müvafiq məsləhətlər verilib, Cəmiyyətin strateji məqsədləri və digər məsələlər müzakirə edilib.

Görüşdə ADY-nin kommersiya potensialının artırılması və qlobal yüklərin cəlb edilməsi, həmçinin regionda baş verən sosial-iqtisadi mövzuların dəmir yolu sektoruna təsiri məsələlərindən də danışılıb.

Son xəbərlər

Orphus sistemi