“BakuBus”ın idarəetmə hesabatı müzakirə olunub

“BakuBus”ın idarəetmə hesabatı müzakirə olunub Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakl Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin idarəetmə hesabatı müzakirə olunub, Cəmiyyətin istismarında olan avtobuslara texniki xidmət göstərilməsi, onlara ehtiyat hissələrinin tədarükü məsələl
İnfrastruktur
5 Noyabr , 2022 17:04
“BakuBus”ın idarəetmə hesabatı müzakirə olunub

"BakuBus” MMC-nin idarəetmə hesabatı müzakirə olunub, Cəmiyyətin istismarında olan avtobuslara texniki xidmət göstərilməsi, onlara ehtiyat hissələrinin tədarükü məsələləri ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, "BakuBus"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. İclas Şuranın sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə baş tutub.

İclasda Şuranın üzvləri, Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşları və “BakuBus”ın rəhbər şəxsləri iştirak ediblər. Şirkətin maliyyə dayanıqlığının təmin edilməsi, istismara buraxılması gözlənilən yeni marşrut xətləri və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək digər tədbirlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi