Bakının mərkəzində qanunsuz parklanmaya qarşı tədbirlər görülüb
İnfrastruktur
- 15 noyabr, 2019
- 07:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Nəqliyyat Agentliyi paytaxtın Fikrət Əmirov küçəsində (metronun “28 may” stansiyasının yaxınlığında) qanunsuz parklanmaya qarşı tədbirlər görüb və ərazidə nəqliyyat şəraitini yaxşılaşdırıb.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub, 14 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200 000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.
Son xəbərlər
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr
01:49
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Region
01:41
Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək
Digər ölkələr
01:17
ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
Digər ölkələr