Bakının Kürdəxanı və Maştağa qəsəbələrinin yolları təmir edilir

Bakının Kürdəxanı və Maştağa qəsəbələrinin yolları təmir edilir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələrdə əsaslı təmir işləri aparır.
İnfrastruktur
24 İyun , 2022 16:41
Bakının Kürdəxanı və Maştağa qəsəbələrinin yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələrdə əsaslı təmir işləri aparır.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, bu çərçivədə Kürdəxanı qəsəbəsində 1700 metr uzunluğa malik Arif Abdullayev küçəsi, 45-46-cı dalanlar üzrə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəyə 12 santimetr olmaqla yeni asfalt örtüyü döşənib. Hazırda ərazidə yol çiyinlərinin doldurulması işləri aparılır.

Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə isə təmir işləri davam etdirilir.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Qeyd edək ki, cari il ərzində Sabunçu rayonu üzrə 12,7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

Son xəbərlər

Orphus sistemi