Bakıda daha bir küçə təmir edilib

Bakıda daha bir küçə təmir edilib Bakının Yasamal rayonundakı Heydər Hüseynov küçəsi əsaslı təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
İnfrastruktur
21 Oktyabr , 2021 13:56
Bakıda daha bir küçə təmir edilib

Bakının Yasamal rayonundakı Heydər Hüseynov küçəsi əsaslı təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda deyilir ki, 292 metr uzunluğa malik Heydər Hüseynov küçəsinin ortalama eni 10 metr təşkil edir.

Aparılan təmir işləri zamanı küçə boyu köhnə asfalt-beton örtüyü ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Küçə boyu 2180 kv.m səki tikilib, 586 p/metr səki daşı düzülüb.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılıb.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

Dövlət başçısının tapşırığına əsasən, agentlik 2019-2020-ci illərdə Yasamal rayonunda 15 km-dən çox uzunluğa malik küçə təmir edib.

Son xəbərlər

Orphus sistemi