Bakı-Sumqayıt qatarları ilə sərnişin daşınmasında rekord qeydə alınıb

İnfrastruktur
  • 04 oktyabr, 2023
  • 11:57
Bakı-Sumqayıt qatarları ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Oktyabrın 2-də Abşeron dairəvi dəmir yolu xətti ilə sərnişin daşınmasında rekord hədd qeydə alınıb.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, həmin gün Bakı-Sumqayıt-Bakı sürətli elektrik qatarları ilə 30 300 nəfər sərnişin mənzil başına çatdırılıb.