Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır

Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabr 2024-cü il tarixindən etibarən y
İnfrastruktur
11 Sentyabr , 2024 17:51
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabrdan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılacaq.

Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

"ADY hərəkət qrafikinə edilmiş dəyişikliklərlə sərnişindaşıma xidmətini sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmağı və dəmir yolları ilə səfər təcrübəsini daha rahat və təhlükəsiz etməyi hədəfləyir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi