Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır

Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb.
İnfrastruktur
7 Avqust , 2020 19:03
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır

Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub ki, bu da Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan müvəqqəti olaraq dayandırılır. Həmin müddətdən noyabrın 10-dək Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq. Avqustun 8-i və 9-da, 15-i və 16-da, 22-si və 23-də, 29-u və 30-da həmin istiqamətdə sərnişin daşınması həyata keçirilməyəcək.

Son xəbərlər

Orphus sistemi