Bakı metrosunda ötən il 20 milyona yaxın sərnişin QR biletdən istifadə edib

Bakı metrosunda ötən il 20 milyona yaxın sərnişin QR biletdən istifadə edib 2024-cü ildə "Bakı Metropoliteni" QSC-nin 19 509 335 sərnişini QR biletdən istifadə edib.
İnfrastruktur
27 Yanvar , 2025 16:18
Bakı metrosunda ötən il 20 milyona yaxın sərnişin QR biletdən istifadə edib

2024-cü ildə "Bakı Metropoliteni" QSC-nin 19 509 335 sərnişini QR biletdən istifadə edib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ödəniş etmiş sərnişinlərin 8,75%-ni təşkil edir.

QR biletdən ən çox istifadə edilən stansiyalar "28 May” (1 705 798 sərnişin), “Gənclik” (1 594 534 sərnişin) və “Koroğlu” (1 434 163 sərnişin) olub.

Son xəbərlər

Orphus sistemi