Bakı Limanından konteyner aşırılmasının 5 dəfə artırmaq üçün layihələr hazırlanıb

Bakı Limanından konteyner aşırılmasının 5 dəfə artırmaq üçün layihələr hazırlanıb Bakı Limanın ərazisinin genişləndirilməsi çərçivəsində konteyner aşırılmasını 500 min TEU -ya qədər artırmaq istiqamətdə layihələr hazırlanıb.
İnfrastruktur
16 May , 2022 11:20
Bakı Limanından konteyner aşırılmasının 5 dəfə artırmaq üçün layihələr hazırlanıb

Bakı Limanın ərazisinin genişləndirilməsi çərçivəsində konteyner aşırılmasını 500 min TEU -ya qədər artırmaq istiqamətdə layihələr hazırlanıb.

Bu barədə "Report"a müsahibəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

"Lakin bu qədər konteynerin aşırılması bu dəhliz üçün kifayət qədər böyük həcmdir. Qısamüddətli dövrdə isə 100-150 min TEU konteynerin aşırılmasını hədəf kimi götürə bilərik. Mövcud potensial isə 100 min TEU konteyner təşkil edir", - X.Həsənli qeyd edib.

Onun sözlərinə görə, ötən il Avropa İttifaqı və Çin arasında 13 milyon TEU konteyner daşınıb: "Bizim potensialımız 100 min TEU konteynerdir, Bakı Limanın ərazisinin genişləndirilməsinin ikinci fazası çərçivəsində 500 min TEU konteyner olması planlaşdılır. Yüklərin həcmindən aslı olaraq daha da genişləndirmək olar. Bu istiqamətdə qərarlar vəziyyətə uyğun veriləcək.

Bu sahədə Çinin potensialı böyükdür. Məsələn, Çindən Avropaya gedən yüklərin 98 %-i hazırda dənizlə daşınır, 2 %-i isə quru yolla daşınır. Quru yolla yükdaşımalardan bir faizlik pay almaq böyük həcm deməkdir".

Bakı Limanında 2021-ci ildə karqo terminalından 35 min TEU, bərə terminalından 10 min TEU, toplam 45 min TEU konteyner aşırılıb.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi