Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub.
İnfrastruktur
455
24 Yanvar , 2022 10:28
Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu vəzifə Samir Səfərova həvalə edilib.

O, indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də çalışıb.

Xatırladaq ki, BBAK 2009-cu ildə istifadəyə verilib. Kompleks 232,5 min m2 ərazini əhatə edir və burada müasir standartlara cavab verən bilet satışı məntəqəsi, gözləmə zalları, açıq və qapalı parkinq, “Avtovağzal” metro stansiyası, Ticarət Mərkəzi (Outlet), Otel, Yanacaqdoldurma məntəqəsi, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi