Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edilib
İnfrastruktur
- 03 yanvar, 2024
- 09:38
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət "Ekspres" sürət qatarını əlavə reysə cəlb edib.
Bu barədə "Report" ADY-ya istinadən xəbər verir.
Məlumata görə, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.
Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Son xəbərlər
15:19
AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
Biznes15:16
Azərbaycan ABŞ-dən qəhvə tədarükünü bərpa edib
ASK15:15
NBA matçı zamanı basketbolçular arasında dava düşüb
Komanda15:10
AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib
İnfrastruktur15:09
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib
Region15:08
Bəqai: İran müdafiə nazirinin Bakıya səfəri etimadın möhkəmlənməsinə töhfə verir
Xarici siyasət15:00
Bakı və Əmman iqtisadi və investisiya əməkdaşlığını gücləndirməyi hədəfləyir
Biznes14:55
Ukrayna Gəmiçilik Administrasiyasının rəhbəri istefa verib
Digər ölkələr14:55