"Azərsu" yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib

"Azərsu" yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib Seçki prosesi səhmdar cəmiyyətinin "Facebook" sosial şəbəkəsindəki səhifəsi vasitəsilə canlı yayımlanıb
İnfrastruktur
27 May , 2021 17:47
Azərsu yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib

Bu gün “Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, seçki prosesi səhmdar cəmiyyətinin "Facebook" sosial şəbəkəsindəki səhifəsi vasitəsilə canlı yayımlanıb.

İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən biri seçkidən əvvəl namizədliyini geri götürüb. Mayın 25-də keçirilmiş ilkin seçkilərdə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50%-dən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, İctimai Şuranın üzvü seçiliblər. Digər 9 üzvün seçilməsi üçün təkrar seçkilərin keçirilməsi qərara alınıb.

Təkrar səsvermədə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 49 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 48 bülleten etibarlı hesab edilib. Beləliklə seçkilərin nəticələrinə əsasən namizədlər arasında səslərin sayı aşağıdakı kimi qeydə alınıb.

s/s

Soyadı, adı, atasının adı

Təmsil etdiyi qeyri-hökumət təşkilatı

Səs sayı

1.

Abbasov Rövşən Xanış oğlu

“Sağlam Həyata Doğru” Ekoloji İB

27

2.

Hacımətov Qayıbəyi Narulla oğlu

“SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi”İB

2

3.

Hüseynov Eyyub Mahmud oğlu

“Azad İstehlakçılar” İB

18

4.

İbrahimli Qorxmaz Əbülfəz oğlu

“Biosfer” İB

23

5.

İmanova Aytən Rüfət qızı

“Beynəlxalq Hidroloji Proqram” İB

23

6.

Qəribov Tələt Yusif oğlu

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB

30

7.

Mikayılova Xədicə Hacı qızı

“Əlillər Cəmiyyəti” İB

36

8.

Muradov Elməddin Nadir oğlu

“Jurnalistika və İnkişaf Mərkəzi” İB

12

9.

Nuriyev Anar Ataxan oğlu

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İB

2

10.

Osmanlı Ramil İsgəndər oğlu

Əmlak Ekspert Mərkəzi

7

11.

Şahverdiyev Cavid Nadir oğlu

“Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB

35

12.

Vəliyev Mirzə Məmməd Ağamurad oğlu

Əlil Sahibkarlar Təşkilatı İB

25

13.

Yusubova Qəmzə Xanlar qızı

“Ekoloji Maarifçilik və Monitorinq” İB

21

Təkrar səsvermədə aşağıda adları qeyd olunan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri sadə səs çoxluğu ilə İctimai Şuraya üzv seçiliblər.

  1. Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB
  2. Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB
  3. İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB
  4. İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB
  5. Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
  6. Mikayılova Xədicə Hacı qızı “Əlillər Cəmiyyəti” İB
  7. Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB
  8. Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB
  9. Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB

Son xəbərlər

Orphus sistemi