"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" klubu ikinci oyunda da məğlub olub

Futbol
  • 27 oktyabr, 2026
  • 14:13
World Winners Cup Alanya 2026: Azərbaycanın Marafon klubu ikinci oyunda da məğlub olub

Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, ölkə təmsilçisi F qrupundakı ikinci matçında "Sunrise" (Kiyev, Ukrayna) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 8:6. "Marafon" ilk turda Çinin TMS klubuna uduzub - 2:4.

Komanda Bolqarıstanın "Spartak" kollektivi ilə də üz-üzə gələcək.

44 filmi